Azərbaycan, Rusiya və İran prezidentləri bu gün Tehranda görüşəcək

Azərbaycan, Rusiya və İran prezidentləri bu gün Tehranda görüşəcək

Bu gün Tehranda Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü keçiriləcək. SİA-nın xəbərinə görə, görüş çərçivəsində dövlət başçıları arasında ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulub.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, energetika sahəsində əməkdaşlıq Rusiya-Azərbaycan və Rusiya-İran, eləcə də üçtərəfli formatda keçiriləcək görüşlərdə müzakirə mövzularından biri olacaq.

Qeyd edək ki, ötən il də avqustun 8-də Bakıda Azərbaycan, İran, Rusiya prezidentləri İlham Əliyevin, Həsən Ruhaninin və Vladimir Putinin üçtərəfli zirvə görüşü keçirilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə