Aqil Acalov: “BTQ-dən Gürcüstanda yaşayan soydaşlarımız da bəhlənəcəklər” RƏY

Aqil Acalov: “BTQ-dən Gürcüstanda yaşayan soydaşlarımız da bəhlənəcəklər” RƏY

“Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı Cənubi Qafqaz məkanında yeni imkanlara yol açacaq”. Bu barədə fikirləri Azərbaycan Alpaqut Federasiyasının prezidenti, tanınmış ictimai fəal Aqil Acalov BTQ dəmiryolunun açılışına münasibət bildirib.

“Bizlər böyük tarixi hadisəyə şahidlik etdik. Dünyanın diqqəti Azərbaycanda idi”-deyə qeyd edən A.Acalov bildirib ki, Prezident İlham Əliyevin açılış mərasimində bildirdiyi kimi, Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir.

A.Acalov eyni zamanda, bunun Türk dünyasının siyasi,iqtisadi və sosial,mədəni inteqrasiyasını sürətləndirəcəyini söyləyib: “Dəmir yolu xətti Mərkəzi Asiya türk dövlətlərində də iqtisadi vəziyyətə müsbət təsir göstərəcək. Həmçinin, Gürcüstanda yaşayan soydaşlarımız bundan bəhlənəcəklər. Regionda yeni iqtisadi ab-hava yaranacaq”.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə