Hindistanın Azərbaycandakı səfiri Dövlət Miqrasiya Xidmətində olub
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Arzu Rəhimov Hindistanın Azərbaycandakı səfiri Debnad Şou ilə görüşüb.
DMX-nin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, xidmət rəisi miqrasiya proseslərinin idarə olunmasında "bir pəncərə" prinsipinin mühüm əhəmiyyəti, Azərbaycana gələn əcnəbilərə qanuni əsaslarla yaşamaları və əmək fəaliyyəti ilə məşğul olmaları üçün müvafiq icazələrin verilməsi, onların yaşayış yeri üzrə qeydiyyata alınma prosedurunun sadələşdirilməsi və bu sahədə şəffaflığın təmin edilməsi barədə ətraflı məlumat verib.
Səfir Debnad Şou səmimi qəbula görə xidmət rəisinə təşəkkür edib.
Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB