Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb

Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb

Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri oktyabrın 6-da başa çatıb. SİA-nın məlumatına görə, Naxçıvan beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

 

Prezident İlham Əliyevi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və muxtar respublika hökumətinin üzvləri yola salıblar.

 

Həmin gün dövlətimizin başçısı Naxçıvandan Bakıya qayıdıb.

Bütün xəbərlər Facebook səhifəmizdə