Hacıkənd meşələrində torpaq sürüşməsi təhlükəsi artıb

Hacıkənd meşələrində torpaq sürüşməsi təhlükəsi artıb

Son günlər intensiv yağan yağışlar Gəncənin Hacıkənd meşələrində torpaq sürüşməsi təhlükəsini artırır. Bu barədə SİA-nın bölgə müxbirinə Gəncə Regional Elm Mərkəzinin şöbə müdiri İrşad Abbasov məlumat verib. Onun sözlərinə görə, iqlim dəyişikliyi nəticəsində yağıntıların artması sel təhlükəsinidə bərabərində gətirir.

"Qırılan ağaclar bu gün istər torpaq sürüşməsi, istərsə də sel təhlükəsini artırıb. Çünki Hacıkənd meşələrində vaxtı ilə məhv edilən ağacların yeri boş qalıb, bu da vəziyyəti getdikcə pisləşdirib", İrşad Abbasov əlavə edib.

Qeyd edək ki, sonuncu dəfə ötən il Hacıkənd qəsəbəsinin Dostluq düşərgəsində baş verən daşqınlar nəticəsində onlarla ev su altında qalmışdı.

Sözügedən meşələrin ümumi sahəsi təxminən 12 min hektara yaxındır.

Bütün xəbərlər Facebook səhifəmizdə