Misir Mərdanov: “İldə bir dəfə qeyd olunan "Müəllim günü"nə bəzi jurnalistlərlə qısqanclıqla yanaşır”
"İldə bir dəfə qeyd olunan "Müəllim günü"nə bəzi jurnalistlərlə qısqanclıqla yanaşır". SİA-nın xəbərinə görə, bu barədə təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, hər birimizin əlindən tutub yazı yazmağı, oxumağı öyrədən, bugünki günə gəlib çıxmağımızı təmin edən müəllim olub. Nazirin sözlərinə görə, ata-anamızdan sonra müəllimlərimizə borclu olmalıyıq.
"Dünyanın əksər ölkələrində valideynlər, ictimaiyyət, imkanı olan şəxslər təhsilin inkişafına, müəllimin yaxşı səviyyədə yaşamasına kömək edirlər və bunu anonim saxlayırlar. Biz isə 3-5 manatı gündəmə gətirərək həm müəllim, həm də təhsilimizi hörmətdən salırıq. Azərbaycanda 200 minə yaxın müəllim var. Əlbəttə, bunların içərisində müəyyən sayda müəllim adına layiq olmayanlar da var. O insanların adına müəllim deyə bilmərəm. Bizim fikrimizcə, əsl müəllim həyatda bizim üçün nümunə olmalıdır. Heç olmasa bu il yanlış fikirlərdən uzaq olaq və yaxşı müəllimlərimizi önə çəkək. Daha çox rüşvət almayan müəllimlərin adını əlimizdə bayraq edək ki, müəllim adına layiq olmayanlar da haqq yoluna gəlsin. Bizim hər birimiz cəmiyyətin üzvləriyik. Cəmiyyətimizdə müsbət və mənfi tendensiyalar da var. Çalışaq ki, müsbət addımlarımızla fəxr edək. Əgər 5-10 belə məktəb müəllim varsa, deyin onun cəzasını verək. Ancaq hamı belə deyil. Ona görə də gəlin yaxşılığa baxaq, yaxşı olmağa çalışaq. Təhqirlərlə, bir-birimizə böhtanlarla heç bir uğura nail olmayacağıq. Bir-birimizi dəstəkləməsək, sevməsək, dünyada heç kim gəlib bizim ziyalımıza, alimimizə qiymət, dəstək verməyəcək. İnsan zəhmət çəkəndə, ancaq onun əməyinə qiymət verilmədikdə o, ruhdan düşür.Biz isə pis dedikcə pislərin sayı artır. Gəlin yaxşılığa dəstək olaq", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB