AVCIYA 13 rayonda seminar keçirib

AVCİYA Seçki Qərargahı Milli Məclisə seçkilərlə əlaqədar fəaliyyət proqramında nəzərdə tutulan 3 mərhələyə uyğun olaraq regionlarda bir neçə istiqamətdə işlər görür. SİA-nın məlumatına görə, bölgələr üzrə müşahidəçilərin seçilməsi, onların qeydiyyatdan keçirilməsi artıq başa çatmaq üzrədir.

Bununla yanaşı, regionlarda müşahidəçilər üçün seminarlar keçirilir. Sentyabr ayının 28-dən oktyabrın 4-nə qədər 13 rayonda, konkret olaraq Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Gəncə, Göygöl, Şəmkir, Ağstafa, Şirvan, Hacıqabul, Sabirabad, Saatlı rayonlarında seminarlar artıq yekunlaşıb. Seçki Qərargahının əməkdaşlarından ibarət 2 qrup treninqlərə nəzarət edib.

Oktyabrın 8-dən başlayaraq daha 5 regionun 22 rayonunda seminarlar təşkil olunacaq. Oktyabrın 5-dən başlayaraq AVCİYA Seşki Qərargahının ofisində Bakı, Sumqayıt və Abşeronda seçkilərin monitorinqində iştirak edəcək müşahidəçilərə təlimlər keçəcək. Oktyabrın sonuna qədər bütün bölgələrdə treninqlərin başa çatdırılması planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə