Milli Məclisin deputatları Qazaxıstanda keçiriləcək parlament seçkilərini müşahidə edəcəklər

Milli Məclisin deputatları Qazaxıstanda keçiriləcək parlament seçkilərini müşahidə edəcəklər
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov, millət vəkilləri Rüfət Quliyev və Səfər Məmmədov Qırğızıstanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün oktyabrın 7-də Bişkekə səfər edəcəklər. Bu barədə SİA-ya Parlamentin mətbuat xidmətindən məlumat verilib.

Milli Məclisin deputatları seçkilərdə Türkdilli Dövlətlərin və Müstəqil Dövlətlər Birliyinin Parlament Assambleyalarının müşahidəçi kimi təmsil olunacaqlar. Səfər müddətində deputatlarımız bir sıra seçki məntəqələrində olacaq, prosesin gedişini izləyəcək, seçki ilə bağlı təəssüratlarını bölüşəcəklər.

Səfər oktyabrın 12-də başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə