Finlandiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Təranə Nəzərova Finlandiyanın Vanta şəhərinin deputatı və ölkənin tanınmış jurnalisti Antero Eerolla göruşüb. Görüşdə professor Tuomas Harviainen və Vanta şəhər kitabxanasının rəhbəri Ville Karinen də iştirak edib.
SİA-nın verdiyi məlumata görə, görüşdə Azərbaycan və Finlandiya arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi üçün həyata keçirilən və planlaşdırılan layihələrlə bağlı müzakirələr aparılıb, bu istiqamətdə birgə fəaliyyət barədə razılığa gəlinib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də fikir mübadiləsi aparılıb. Bu ilin əvvəlində Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttinə yaxın yərləşən Azərbaycan rayonlarına səfər etmiş Antero Eerol bildirb ki, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qətnamləri icra olunmalı və erməni silahli güvvələri qeyd-şərtsiz Azərbaycan ərazisindən çıxarılmalıdır. Antero Eerol dondurulmuş münaqişə kimi təqdim olunan Dağlıq Qarabağ münaqişəsini istənilən vaxt partlayışa səbəb ola biləcək asta-asta yanan alovla müqayisə edib və məsələnin tezliklə həll edilməsinin vacibliyini vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB