Erməni deputatlar AŞ PA-nın iclaslarında iştirak etmək üstündə mübahisə ediblər
Ermənistanın hakim koalisiyasına daxil olan iki deputat arasında ciddi gərginlik yaşanıb. SİA-nın "Jamanak" qəzetinə istinadən verdiyi məlumata görə, "Çiçəklənən Ermənistan" partiyasının deputatı Armen Melikyan və Respublika Partiyasından olan deputat David Arutyunyan arasında mübahisə düşüb.
Belə ki, Melikyan AŞ PA-nın iclaslarında iştirak etmək istəsə də, Arutyunyan buna imkan verməyib. Bundan bərk qəzəblənən Melikyan isə narazılığını jurnalistlərə açıqlama verməklə, digər ölkələrdən olan millət vəkilləri ilə məsələ ətrafında müzakirələr aparmaqla bildirib və Arutyunyanın hakim komandada işləməsinin düzgün olmadığını qeyd edib. O, bu fikrini həmkarının daim separatçılıqla məşğul olması ilə əsaslandırıb.
Qeyd edək ki, David Arutyunyan Ermənistanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin rəhbəridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB