Prezident: "BTQ Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur"
"Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibəti ilə sizi təbrik edirəm". SİA-nın məlumatına görə, bunu bu gün Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsinə həsr olunmuş təntənəli tədbirdə Azərbaycan prezidenti İlham Əliyev bildirib.
Dövlət başçısı deyib ki, bu təntənəli mərasimə qardaş, dost ölkələrdən qonaqlar gəlib: "Burada Türkiyə prezidenti, Qazaxıstan və Özbəkistanın baş nazirləri, Tacikistan və Qırğızıstan nümayəndələri iştirak edir. Bunun özü layihənin əhəmiyyətini təsdiqləyir. Bu, tarixi, strateji əhəmiyyətli layihədir. Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. İlk mərhələdə 5 milyon, sonrakı mərhələdə 17 milyon ton yükün daşınması nəzərdə tutulur".
Prezident söyləyib ki, Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir: "Bu yol sabitliyə, təhlkəsizliyə xidmət göstrəcək, qarşılıqlı sərmayə artacaq, turizm inkişaf edəcək. Bakı-Tbilisi-Qars dəmir yolunun uğurlu fəaliyyəti ölkələrimizin geosiyasi əhəmiyyətini artıracaq. Bunda əvvəl qardaşım Rəcəb Tayyib Ərdoğanla birlikdə 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılışını qeyd etmişdik. Bu kəmər Xəzər dənizini Aralıq dənizini birləşdirən infrastruktur layihəsidir. Bu neftlə Xəzərin şərq hissəsindən də neft ixrac edilir. Bakı-Tbilisi-Ərzurum qaz kəməri də 3 ölkənin əməkdaşlığı nəticəsində inşa olunub və 10 ildir ki, uğurla fəaliyyət göstərir. Üç ölkə elektrik xətlərini də birləşdirib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB