Azərbaycan, Rusiya və İran prezidentləri noyabrda görüşəcəklər

Azərbaycan, Rusiya və İran prezidentləri noyabrda görüşəcəklər

"Noyabrın 1-də Tehranda keçiriləcək Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşü ilk növbədə Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafına həsr olunub ". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Elmar Məmmədyarov bildirib. E. Məmmədyarov deyib ki, ilk görüş Bakıda keçirilib: "Şimal-Cənub nəqliyyat dəhlizinə maraq çox böyükdür. Azərbaycan hətta İran tərəfinə İran tərəfində dəmir yolunun qalan hissəsinin tikintisi üçün kredit də ayırmağa hazırdır. Bu yaxınlarda Azərbvaycan-İran hökumətlərarası komissiyasına iqtisadiyyat naziri Şahin Mustafayev yeni həmsədr də təyin edildi. Kredit şərtləri geniş müzakirə olunur. Bu məsəoələr prezidentlərin də görüşündə diqqət mərkəzində olacaq".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə