Gəncədə son iki gün ərzində yağan şiddətli yağışlar şəhəri iflic vəziyyətinə salıb. Yağışın təsiri daha çox şəhərin ətraf məhəllələrində ciddi fəsadlara yol açıb. Xüsusən Nizami, Bəxtiyar Əliyev, Puşkin küçələrində və digər yaşayış massivlərində vəziyyət daha acınacaqlıdır. Yağış suları insanların, avtomobillərin hərəkətini çətinləşdirib.
Bundan başqa ərazidə kanalizasiya xəttlərinin daşması problemi daha da dərinləşdirib. Küçələrin əksəriyyətində yağış sularının axıdılması üçün nəzərdə tutulan xəttlərin olmaması fəsadları artırıb. Sakinlərin sözlərinə görə, hər dəfə yağışdan sonra bu problemlə üzləşirlər.
Məsələyə münasibət bildirən Gəncə Sukanal Törəmə Səhmdar Cəmiyyətinin baş mühəndisi Məhəmməd Hüseynovun SİA-nın bölgə müxbirinə bildirdiyinə görə, qəsəbədə yağış sularının törətdiyi problemlərin həlli istiqamətində Gəncə Sukanal Törəmə Səhmdar Cəmiyyəti gücləndirilmiş iş rejiminə keçib, briqadalar hazır vəziyyətə gətirilib.
Bütün bunlara baxmayaraq, görülən tədbirlər hələlik istənilən nəticəni vermir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB