Ölkənin qərb bölgəsində payız mövsümü ilə əlaqədar taxıl səpininə feremerlər tərfindən son hazırlıq işləri görülür. Bu barədə SİA-nın bölgə müxbirinə Samux rayon Ərazi Kənd Təsərrüfatı İdarəsinin rəisi Ziyad Abbasov məlumat verib.
Onun sözlərinə əsasən bu mövsümdə təxminən 45 min ha əraziyə taxıl səpilməsi nəzərdə tutulur. "Taxıl səpininə hazırlıq işləri demək olar ki, yekunlaşmaq üzrədir. Oktyabr ayının ortaları və noyabr ayının əvvəlləri səpinə başlanılacaq", Z.Abbasov deyib.
Son günlər yağan yağışların taxılın inkişafına müsbət təsir edəcəyini bildirən Ziyad Abbasov qeyd edib ki, taxılın tam yetişməsi alaq otlarının qarşısını da alacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB