ATƏT-in Minsk qrupunun həmsədrləri Prezident İlham Əliyevlə görüşdülər-YENİLƏNİB

ATƏT-in Minsk qrupunun həmsədrləri Prezident İlham Əliyevlə görüşdülər-YENİLƏNİB

Xəbər verdiyimiz kimi, ATƏT-in Minsk qrupunun həmsədrləri prezident İlham Əliyevlə görüşmək üçün Bakıdan Naxçıvana getmişdilər. SİA-nın xəbərinə görə, bu barədə məlumatı Naxçıvan Muxtar Respublikasınən Ali Məclis Aparatı yayıb. Məlumata görə, ölkə prezidenti və həmsədrlər arasında görüş artıq baş tutub. Görüş bağlı qapılar arxasında keçirilib.

Qeyd edək ki, həmsədrlər bu gün saat 11 radələrində Naxçıvana çatıblar və mehmanxanada yerləşdiriliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə