Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının Qadınlar Şurasının Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci il dönümü münasibəti ilə tədbiri keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, millət vəkilləri Rauf Əliyev, Aqiyə Naxçıvanlı, Sədaqət Vəliyeva, Sevinc Hüseynova, Xəzər İnkişaf Fondunun sədri Elmar Mədətov, YAP Xəzər rayon təşkilatının Qadınlar Şurasının sədri Pərvanə Hacıyeva və YAP Xəzər rayon təşkilatının fəal qadın üzvüləri iştirak ediblər.
Tədbirdə Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, millət vəkilləri Aqiyə Naxçıvanlı, Sədaqət Vəliyeva, Sevinc Hüseynova, YAP Xəzər rayon təşkilatının Qadınlar Şurasının sədri Pərvanə Hacıyeva çıxış ediblər. Çıxış edənlər Yeni Azərbaycan Partiyasının yaradılmasında Ulu Öndər Heydər Əliyevin müstəsna rolunu qeyd edərək partiyanın 25 il ərzində əldə etdiyi nəaliyyətlərdən danışaraq, partiyanın fəaliyyətində qadınların fəal mövqe tutduqlarını bildiriblər.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının fəal qadın üzvlərinə Fəxri Fərmanlar təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB