"Nizami Gəncəvinin aforizmləri"

Cari ilin 23-25 oktyabr tarixlərində, Azərbaycan, Türkiyə və Qazaxıstanın Braziliyadakı Səfirliklərinin birgə təşkil etdikləri ortaq Türk mədəniyyətinin təbliğinə dair silsilə tədbirlər çərçivəsində, Braziliya Federativ Respublikasının Milli Konqresində, Braziliya senatında Azərbaycan-Braziliya parlamentlərarası dostluq qrupunun sədri Kristovam Buarke, "Nizami Gəncəvinin aforizmləri" adlı kitabın portuqal dilinə tərcümə edilmiş nəşrinin təqdimetmə mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, “Zaman üzərindən bir körpü” (Uma ponte sobre o tempo) adlı nəşrdə, görkəmli Azərbaycanlı mütəfəkkirin əsərlərindən seçilmiş aforizmlər yerli ictimaiyyət arasında Azərbaycan ədəbiyyatına maraq oyadıb.

Tədbirdə, Parlamentarilər, diplomatik korpus üzvləri, yerli ictimaiyyətin, elmi dairələrin və mətbuatın nümayəndələri iştirak ediblər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə