Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun açılışı və Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı toplantısnda iştirak etmək üçün oktyabrın 30-31-də Azərbaycana səfər edəcək. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Ərdoğan oktyabrın 30-da Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın baş naziri Georgi Kvirkaşvili ilə birgə Bakı-Tibili-Qars dəmiryolunun açılışında iştirak edəcək.
Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısı hər iki ölkə prezidentlərinin sədrliyi ilə oktyabrın 31-də keçiriləcək.
Səfər çərçivəsində ikitərəfli əlaqələrlə yanaşı, regional və beynəlxalq gündəmdə olan məsələlər, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tam şəkildə müzakirə olunacaq.
Eyni zamanda iki ölkə arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığa dair sənədlər imzalanacaq.
Qeyd edək ki, Ərdoğanın səfəri Türkiyə və Azərbaycan diplomatik əlaqələrinin 25-ci ildönümünə təsadüf etdiyi üçün xüsusi əhəmiyyət kəsb edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB