“İnsan Naminə” bloku imzatoplama kampaniyasını sabah sona çatdıracaq

“İnsan Naminə” bloku imzatoplama kampaniyasını sabah sona çatdıracaq

"İnsan Naminə" siyasi partiyalar blokunun irəli sürdüyü namizədlərdən 37-38 nəfəri imza vərəqələrini və digər zəruri sənədləri dairə seçki komissiyalarına təhvil verib. SİA-ya bu haqda Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədr müavini Ramil Hüseynov məlumat verib.

 

Blokdan hələ heç kimin namizədliyi qeydə alınmayıb. R.Hüseynov qeyd edib ki, imza vərəqələrinin verilməsi üçün son gün oktyabrın 8-i olmasına baxmayaraq bu işi bir gün tez başa çatdırmaq niyyətindədirlər: "Blokun namizədlərinə tapşırılıb ki, sabah axşama kimi imza vərəqələrini və digər zəruri sənədləri dairə seçki komissiyalarına təhvil versinlər". VİP-in sədr müavini imzatoplama kampaniyasından geri çəkilənlərin olmadığını bildirib. O, 2-3 nəfərin qeydə alınmasının isə dairə seçki komissiyaları tərəfindən imtina edildiyini diqqətə çatdırıb.

 

Qeyd edək ki, "İnsan Naminə" siyasi partiyalar blokununda VİP ilə yanaşı, Azərbaycan Liberal və Yaşıllar partiyaları, həmçinin Azərbaycan Ziyalılar Birliyi təmsil olunur. Blok parlament seçkilərinə 75 namizədlə qatılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə