“AXCP-Müsavat” bloku qanun pozuntuları ilə bağlı MSK-ya 5 müraciət edib

“AXCP-Müsavat” bloku qanun pozuntuları ilə bağlı MSK-ya 5 müraciət edib

"AXCP-Müsavat" siyasi partiyalar blokunun vahid siyahısı çərvivəsində namizədlərini irəli sürən AXCP-dən yalnız bir nəfərin namizədliyi qeydə alınıb. SİA-ya bu haqda "AXCP-Müsavat" siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi Natiq Ədilov məlumat verib. Həmin şəxs 6 saylı Culfa-Babək seçki dairəsindən namizədliyini irəli sürülən Yaşar Başırsoydur.

 

Blokun digər təmsilçisi olan Müsavat Partiyasından qeydə alınanların sayı isə 7 nəfərdir. Məlumatda bildirilir ki, namizədlər içində imzatoplama kampaniyasından imtina edən yoxdur. Blokun namizədlərindən 4-nün qeydə alınması isə dairə seçki komissiyaları tərəfindən imtina edilib. İmzatoplama kampaniyası zamanı blokun irəli sürdüyü namizədlərin təzyiqlərə məruz qaldığını bildiriən N.Əbilov bununla bağlı Mərkəzi Seçki Komissiyasına 5 müraciətin edildiyini diqqətə çatdırıb.

 

Qeyd edək ki, "AXCP-Müsavat" siyasi partiyalar blokunun vahid namizədlər siyahısında 92 nəfərin adı var.

Bütün xəbərlər Facebook səhifəmizdə