"Demokratiya" siyasi partiyalar blokundan irəli sürülən namizədlərdən 7-i qeydə alınıb. SİA-ya bu haqda Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Siyasi Şurasının üzvü Samir Əsədli məlumat verib. S.Əsədli qeydə alınan namizədlərdən 2-nin VHP, 5-nin isə Demokratik İslahatlar Partiyasından (DİP) olduğunu qeyd edib.
Blokun irəli sürdüyü əksər namizədlər imza vərəqələrini və digər zəruri sənədlərini dairə seçki komissiyalarına təhvil verib. VHP Siyasi Şurasının üzvü 20-yə qədər namizədin isə imzatoplama kampaniyasından imtina etdiyini bildirib. S.Əsədli 2 nəfərin qeydə alınmasından isə dairə seçki komissiyaların imtina etdiyini diqqətə çatdırıb. VHP funksioneri hesab edir ki, onların qeydə alınmaması üçün ortada lazımı əsaslar yoxdur.
Qeyd edək ki, "Demokratiya" siyasi partiyalar blokuna iki partiya, VHP və DİP daxildir. Blok ilk olaraq 117 seçki dairəsi üzrə 120 namizəd irəli sürülüb. 3 seçki dairəsində partiyalar arasında razılıq əldə olunmadığından hər partiya öz namizədini irəli sürüb. 114 dairədə isə partiyalar vahid namizədlə çıxış edib. Daha sonra namizədlərdən 3-ü namizədliyini geri götürüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB