Fövqəladə Hallar Nazirliyi aramsız yağışların törətdiyi fəsadlarla bağlı məlumat yayıb
Fövqəladə Hallar Nazirliyi Azərbaycanda yağan aramsız yağışların ölkənin cənub və qərb bölgəsində törətdiyi fəsadlarla bağlı açıqlama yayıb. SİA-nın nazirliyin internet səhifəsinə istinadən verdiyi məlumata görə, oktyabrın 4-5-də ölkə ərazisində yağan yağışlar nəticəsində Lənkəran və Gəncə şəhərlərində bəzi ərazilər yağış suları ilə dolub.
Yaranmış vəziyyətlə əlaqədar qeyd olunan şəhərlərdə FHN-in müvafiq regional mərkəzlərinin qüvvələri küçə və yaşayış evlərinin həyətlərinin yağış sularından təmizlənməsini həyata keçirib. Onlar su kanalına və arxa düşmüş avtomobilləri sudan çıxarıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB