“Qarabağ” blokuna daxil olan Aydinlar Partiyasından hələ heç kimin namizədliyi qeydə alınmayıb

“Qarabağ” blokuna daxil olan Aydinlar Partiyasından hələ heç kimin namizədliyi qeydə alınmayıb

"Qarabağ" siyasi partiyalar blokunun irəli sürdüyü namizədlərin 85 faizə qədəri imza vərəqələrini dairə seçki komissiyalarına (DSK) təhvil verib. SİA-ya bu haqda Azərbaycan Demokrat Partiyasının (ADP) müavini Taliyyət Əliyev məlumat verib.

 

Qeydə alınan namizədlərin də olduğunu deyən ADP-nin sədr müavini bildirib ki, onlardan 6-ı təmsil etdiyi partiyadan, 3-ü isə Ümid Partiyasındandır. Aydinlar Partiyasından isə hələ heç kim qeydə alınmayıb. Ümid Partiyasının irəli sürdüyü namizədlərdən 5-nin imza vərəqələri etibarzıs sayılaraq onların qeydə alınmasından imtina edilib. T.Əliyev imzatoplama kampaniyasının davam etdiyini qeyd edib və ümid etdiyini bildirib ki, qalan iki gün müddətində digər namizədlər də kampaniyanı başa vuraraq imza vərəqələrini, eləcə də digər sənədləri DSK-lara təhvil verəcəklər.

 

DSK-larda namizədlərdən təlimatda göstərilməyən bir sıra sənədlərin istənildiyini və imza vərəqələrin az verildiyini söyləyən T.Əliyev həmçinin bildirib ki, bu məsələdə də birmənalı bütün DSK-ları günahlandırmaq olmaz. O, bəzi DSK-ların təlimata uyğun hərəkət etdiyini diqqətə çatdırıb: "Elə dairələr var ki, lazımı qədər imza vərəqələri verirlər. Məsələn mən lazım olandan 3 ədəd artıq imza vərəqəsi aldım. Elə dairələr var ki, 15 imza vərəqəsi verir. Elələri də var ki, lazım olandan bir ədəd artıq, yəni 10 ədəd imza vərəqəsi verirlər. İstəyərdik ki, heç bir dairə seçki komissiyasında problemlə qarşılaşmayaq və imzatoplama kampaniyasını vaxtında başa çatdıra bilək".

Bütün xəbərlər Facebook səhifəmizdə