Bəxtiyar Sadıqov: “Bakı-Tbilisi-Qars”ın faydaları danışmaqla bitməz” AÇIQLAMA
“Bakı-Tbilisi-Qars” dəmir yolu xətti layihəsi Azərbaycan üçün çox böyük önəmə malikdir. Biz buna yalnız iqtisadi divident gətirən layihə kimi baxmamalıyıq. Bu Azərbaycanın bölgədə lider rolunu təsdiq edən, Azərbaycanın qonşu dövlətlərlə dostluq, əməkdaşlıq münasibətini möhkəmləndirən, ölkəmizi tək Cənubi Qafqazda yox, dünyanın bir çox dövlətləri üçün faydalı edən, ürəkdən istədikləri tərəfdaşa çevirən bir layihədir”. Bunu SİA-ya açıqlamasında “Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov deyib.
Deputatın sözlərinə görə, bu layihə yükdaşımaların sürətini artıracaq və dövlətləri bir-birinə daha sıx bağlayacaq: “Bakı-Tbilisi-Qars” dəmir yolu xətti layihəsi bütövlükdə sülhə, əməkdaşlığa xidmət edəcək. Bir halda ki, cənab Prezident İlham Əliyev bunun təşəbbüsçüsü olub və bu layihəni maliyyələşdirmək istəməyənlərə, mane olan qüvvələrə üstün gəlib bu eyni zamanda ölkə rəhbərinin qətiyyətinin təntənəsidir. Bununla belə bizim Prezidentimizin Azərbaycanı inkişaf etdirmək, ölkəmizin tərəfdaşlarının sayını artırmaq sahəsində gördüyü işlərin yekunudur. Yəni sözügedən layihənin faydaları danışmaqla bitməz. Dəmir yolu xəttinin açılışı olandan sonra həm bizim qonşu dövlətlər, həm də bundan istifadə edən digər uzaq dövlətlər bunun əhəmiyyətini görəcəklər. Həmçinin bu layihə Ermənistanın blokadasını daha da möhkəmləndirən, Ermənistanı daha misgin vəziyyətə salan bir layihə olacaq. Çünki vaxtında onlara xəbərdarlıqlar edildi amma onlar bundan nəticə çıxarmadılar. Bu gün isə Azərbaycan-Gürcüstan bu layihə vasitəsilə dünyaya daha sıx bağlanır, yükdaşımaların mərkəzinə çevrilirlər və s. Amma Ermənistan yenidən dalanda qaldı”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB