“Milli-mənəvi dəyərlərimizin təbliği: dünən, bu gün və sabah” YENİLƏNİR
Bugün Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi "Milli-mənəvi dəyərlərimizin təbliği: dünən, bu gün və sabah" adlı konfrans keçirilir.
SİA-nın verdiyi məlumata görə, konfransda Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu, Qafqaz Müsəlmanları İdarəsinin rəsmi şəxsləri, millət vəkilləri, ölkəmizdə fəaliyyət göstərən dini konfessiya rəhbərləri, eləcə də ziyalılar və gənclər iştirak edirlər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Rəfail Hüseynov, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmərxanım Cavadova, Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksand İşein, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci"qəzetin baş redaktoru Rəşad Məcid, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov, Roma-Katolik kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete, Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Azərbaycan Mətbuat Şurası sədrinin müavini Umud Mirzəyev məruzə ilə çıxış edəcəklər.
Konfransda dövlətin dinə qayğısı, milli-mənəvi dəyərlərimizin qorunması, xalqımızın multikultural və tolerant ənənələrinin daha da gücləndirilməsi sahəsində görülən işlər və bu sahədə qarşıda duran məsələlər müzakirə ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB