Komitə sədri: “Müvafiq dövlət qurumları bu məsələ ilə məşğuldurlar”
"İraqdakı azərbaycanlı uşaqların Azərbaycana gətirilməsi istiqamətində işlər davam etdirilir". SİA-nın verdiyi məlumata görə, bunu bugün jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Qurum rəsmisinin sözlərinə görə, bu məsələyə toxunanda ilk növbədə həmin uşaqların oraya aparılması məsələsi üzərində dayanmaq lazmdır: "Görürsünüz, dini radikal qrupla nə qədər böyük fəsadlar yaradırlar. Bunun fəsadlarından biri də odur ki, dini radikal qrupların təsiri altına düşən hansısa bir Azərbaycan vətəndaşı nəinki özünü, övladlarını da faciəyə sürükləyir, özü ilə aparır və bu da ağır nəticələrə gətirib çıxarır".
M.Qurbanlı əlavə edib ki, müvafiq dövlət qurumları bu məsələ ilə məşğuldurlar: "Əminəm ki, İraqda olan Azərbaycan vətəndaşları, xüsusilə qadınlar və uşaqlar zaman-zaman oradan gətiriləcək və onların təhlükəsizliyinin təmin edilməsi üçün bizim müvafiq qurumlarımız lazımi səviyyədə tədbirlər həyata keçirəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB