Ermənistan ombudsmanı: “İşğal olunmuş ərazilərə faktaraşdırıcı missiyanın səfəri Azərbaycanın uğurudur”
ATƏT-in Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyəti araşdırmaq və qiymətləndirmək üçün təşkil etdiyi səhra missiyası ilə bağlı Ermənistanda ciddi narahatlıqlar meydana gəlib. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, erməni müxalifəti hakimiyyəti bu missiyaya razılıq verdiyinə görə məsuliyyətsiz adlandırıb.
"İrs" partiyasından deputat Larisa Alaverdyan isə Minsk Qrupunun öz missiyasından kənara çıxdığını bildirib. Onun sözlərinə görə, ATƏT Dağlıq Qarabağ ətrafındakı 7 rayonla bərabər erməni qaçqınlarının da vəziyyətini araşdırmalı idi. O, missiyanın təşkil olunmasını və işğal olunmuş ərazilərə səfərini Azərbaycanın nailiyyəti hesab edib: "Bakı düşünülən siyasi strategiyası hesabına bu nəticəyə nail olub".
Qeyd edək ki, Larisa Alaverdyan 21 sentyabr 1943-cü ildə Bakıda anadan olub. 1961-1966-cı illərdə Azərbaycan Pedaqoju institutunda təhsil alıb. Eyni zamanda 3 saylı uşaq baxçasında müəllimə işləyib. Hazırda "İrs" partiyasından deputat, Ermənistanın ombudsmanıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB