Mübariz Qurbanlı DTX-nin əməliyyatlarından danışdı

Mübariz Qurbanlı DTX-nin əməliyyatlarından danışdı

“Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) dini ekstremistlərə qarşı keçirdiyi əməliyyat həmin qrupları bu və ya digər formada maliyyələşdirən dairələri ayıltmalıdır”.

SİA-nın verdiyi məlumata görə, bunu bugün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, həmin dairələr başa düşməlidir ki, Azərbaycanda vətəndaşların, dövlətin təhlükəsizliyi, ictimai-siyasi sabitliyin qorunması üçün hüquq-mühafizə orqanları hər an hazırdır və bu cür əməllərin qarşısını almaqda qətiyyətini heç zaman əsirgəməyəcək.

Komitə sədri bildirib ki, bu cür əməliyyatlar zərurətdən irəli gəlib və o şəxslər ki, Azərbaycanda terror törətmək istəyir, dini radikal qruplara qoşularaq onun vasitəsilə Azərbaycanda ictimai-siyasi sabitliyə xələl gətirmək istəyir, biz onlara qarşı qətiyyətli olmalıyıq, onları ictimai qınağa çəkməliyik və cəmiyyət qarşısında ifşa etməliyik.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə