Erməni hərbiçiləri xidmət yerlərini özbaşına tərk edirlər

Erməni hərbiçiləri xidmət yerlərini özbaşına tərk edirlər

Ermənistan Ordusunda hökm sürən qanunsuzluqlardan təngə gələn hərbi qulluqçular xidmət yerlərini özbaşına tərk edirlər. SİA-nın verdiyi məlumata görə, bu günlərdə hərbi hissəni özbaşına tərk edən hərbi qulluqçular Harut Melikyan və Rudik Hakopyan barəsində cinayət işi başlanıb.

Eyni zamanda məlumatda Ağdərə istiqamətində yerləşən işğalçı ordunun zabitləri baş leytenant Ara Mezlaxanyan (hərbi xidmətə Gexarkunuk vilayətinin Çəmbərək rayonundan çağırılıb) və taqım komandiri Hayk Martirosyanın da xidmətdən yayınmaq məqsədilə hərbi hissəyə qayıtmadıqları bildirilir.

Xidmətdən yayınan hərbçilərlə bağlı axtarış və istintaq tədbirləri aparılır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə