Ermənistan ordusunda qanlı insident olub

Azərbaycanın işğal olunmuş Ağdərə rayonu istiqamətində yerləşdirilən Ermənistan ordusunun taborlarından birində növbəti qanlı insident baş verib. SİA-nın erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, gecə saatlarında iki hərbi qulluqçu arasında başlayan mübahisə sonrada qan tökülməsinə səbəb olub.

Təhqirlərə dözməyən Artur Xaçaturyan xidmət yoldaşına avtomat silahdan atəş açıb.

A.Xaçaturyanın güllə ilə vurduğu hərbi qulluqçunun öldüyü, yaxud hələ yaşadığı barədə məlumat əsgərin valideynlərdən də gizlədilir.

Hadisə ilə bağlı Ermənistan Müdafiə nazirliyinin istintaq idarəsi tərəfindən araşdırma başlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...