Müşfiq Ələsgərli: “Prezidentin D-8 zirvə görüşündə iştirakı tarixi hadisədir" AÇIQLAMA

Müşfiq Ələsgərli: “Prezidentin D-8 zirvə görüşündə iştirakı tarixi hadisədir" AÇIQLAMA

“Prezident İlham Əliyevin oktyabrın 20-də İstanbulda “İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) "Əməkdaşlıq yolu ilə imkanları artırmaq” devizi altında keçirilən toplantısında iştirak və çıxış etməsi tarixi hadisədir. Öncə onu qeyd edək ki, Prezident İlham Əliyev bu toplantıya Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə xüsusi qonaq qismində qatılmışdı. Eyni hal bir neçə il öncə İstanbulda “Böyük 20-lik” (G-20) toplantısı zamanı baş vermişdi. Həmin vaxt Türkiyə prezidenti ev sahibi statusundan istifadə edərək Azərbaycan prezidentini G-20 toplantısına dəvət etmişdi və bu dəvət yüksək səviyyədə baş tutmuşdu”. Bunu SİA-ya açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli deyib.

Onun sözlərinə görə, bu, Türkiyənin Azərbaycana verdiyi önəmi göstərməklə yanaşı, həm də Azərbaycanın dünyanının siyasi-iqtisadi gündəmini müəyyən edən dövlətlərlə bir sırada adımlamaq imkanlarına sürətlə yaxınlaşmasının təsdiqidir: “Nəzərə alsaq ki, Azərbaycan müstəqilliyinin qısa bir dövründə həm də BMT Təhlükəsizlik Şurasının sədrliyini icra etmək qədər inkişaf edə bilib, onda Prezident İlham Əliyevin həm G-20, həm də D-8 toplantılarında iştirakının hansı anlam daşıdığını izah etmək olar. Azərbaycan təkcə bu formatda toplantılarda iştirak etmək gücündə olan bir ölkəyə çevrilib. Onunla hesablaşırlar və ən yüksək kürsülərə dəvət edirlər. Təsadüfi deyil ki, Pakistan təmsilçisi toplantıda açıq tekstlə ifadə etdi ki, Azərbaycanın bütün yüksək formatlı qurumlarda bərabərhüquqlu üzv olmasının vaxtı çatıb”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə