Tarixin bu günü və ya bu günün tarixi

Tarixin bu günü və ya bu günün tarixi
- Amerikaya köç edən ilk alman mühacirlər Filadelfiya şəhərində məskunlaşıb (1683)
- Avstriya Macarıstana qarşı müharibə elan edib (1847)
- Krit adası Türkiyədən ayrılaraq Yunanıstana birləşdiyini elan edib (1908)
- Neftçi alim Məmmədcavad Qasımzadə anadan olub (1911)
- Fransa ordusu Beyrutu işğal edib (1918)
- Azərbaycan Demokratik Respublikası hökumətinin tərkibində Poçt və Teleqraf Nazirliyi yaradılıb (1918)
- Amerikalı astronom Habbl Andromeda qalaktikasını kəşf edib (1923)
- Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi Dağlıq Qarabağ Muxtar Vilayətinin erməni əhalisinin müraciətinə əsasən vilayətin mərkəzi Xankəndi qəsəbəsini Stepanakert adlandırıb (1923)
- Türkiyədə ilk təyyarə zavodu istifadəyə verilib (1926)
- Uorner qardaşları Nyu-Yorkda ilk səsli filmin təqdimatını keçiriblər (1927)
- Dövlət xadimi Səmədağa Ağamalıoğlunun xatirə günü (1930)
- Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədovun xatirə günü (1944)
- Aşqabadda baş verən 9-10 ballıq zəlzələ nəticəsində şəhər bütünlüklə dağılıb, qeyri-rəsmi məlumatlara görə, təxminən 150 min insan həlak olub (1948)
- Stalin SSRİ-nin atom silahı hazırladığını bəyan edib (1951)
- Ərəb-İsrail müharibəsi başlayıb (1973)
- MİQ 29 təyyarəsinin ilk uçuşu keçirilib (1977)
- Misirin Prezidenti Ənvər Sədat İsrael ilə danışıqlar apardığına görə öldürülüb (1981)
- Fransız pilotu Alen Prost ilk dəfə Formula 1-in qalibi olub (1985)
- Azərdəmiryolbank qurulub (1988)
- Azərbaycan Milli Bankının yeni binası istifadəyə verilib (1998)
- Bakıda birinci beynəlxalq Qızıl Payız musiqi müsabiqəsi keçirilib (2007)

Bütün xəbərlər Facebook səhifəmizdə