“AGOS” qəzeti Əli Kərimliyə havadarlıq edir FAKT

Yaxud, Arzu Qeybulla adlı satqın AXCP sədrinə hansı üsullarla siyasi divident qazandırır?

AXCP sədri Əli Kərimlinin ətrafının ermənipərəst ünsürlərlə dolu olmasını təsdiq edən daha bir fakt ilk növbədə belə qənaətə gəlməyə zəmin yaradır ki, “Milli Şura” adlı xəyanətkar qurumun əsas hədəflərindən biri də Azərbaycanın milli-dövlətçilik maraqlarına zərbə vurmaqdır. Əslində, bu barədə faktlar kifayət qədər çoxdur və hazırda təqdim etdiyimiz növbəti dəlil də bu xüsusdadır. Məsələ ondadır ki,

Türkiyənin İstanbul şəhərində nəşr edilən və bu ölkədə yaşayan ermənilərə məxsus “AGOS” qəzetində gedən növbəti məqalələrdən biri bilavasitə Azərbaycan hakimiyyətinə, dövlətçilik maraqlarına qarşı yönəlib və həmin məqalənin müəllifi adıçəkilən qəzetdə çalışan Arzu Qeybulladır.

Əbəs yerə deyil ki, A.Qeybullanın “AGOS”da Azərbaycan hakimiyyətinə qarşı aşkar erməni qərəzi ilə məqalə yazması dərhal “Milli Şura” və AXCP tərəfindən alqışlanıb

A.Qeybulla hazırda istər Ermənistanda, istərsə də dünyanın müxtəlif bölgələrində fəaliyyət göstərən erməni media qurumlarında “qəhrəman” statusunda tanınmaqdadır. Ümumiyyətlə, bu fərd hər zaman ermənipərəstlik mövqeyi ilə tanınıb və “iki xalq arasında barışıq yaratmaq” adı altında düşmən dəyirmanına su tökməklə məşğuldur. Elə də uzağa getməyərək, biz A.Qeybullanın qondarma erməni soyqırımının tanınması istiqamətində etdiyi çıxışlarını, Xocalı soyqırımının ermənilər tərəfindən törədilməməsi iddialarını və s. bənzər çoxsaylı sübutlarını göstərə bilərik. Ümumiyyətlə, bir milli satqının bu gün Azərbaycan haqqında danışması, yazması, rəy və fikirlər bildirməsi artıq onun haqqı olmasa da Əli Kərimli və ətrafı onunla iş birliyi qurur, siyasi dividentlərini ermənilərə satılaraq qazanmağa cəhdlər edirlər. Əbəs yerə deyil ki, A.Qeybullanın “AGOS”da Azərbaycan hakimiyyətinə qarşı aşkar erməni qərəzi ilə məqalə yazması dərhal “Milli Şura” və AXCP tərəfindən alqışlanıb. Hətta növbəti mitinqə çağırış üçün həmin məqalədən istifadə belə olunub (?!-R.N.)

Beləliklə, qondarma erməni soyqırımını tanıyan, azərbaycanlıları və ümumilikdə türk dünyasını ermənilərərə qarşı “aqressiv” olmaqda ittiham edən Arzu Qeybullanın Əli Kərimli ilə birgə hərəkət etməsi “Milli Şura”nın son zamanlar aktivləşən mitinq isterikasının, haray-şivəninin arxasında dayanan erməni məkrindən xəbər verir.

Xədicə İsmayılova Arzu Qeybullanın “AGOS” vasitəsi ilə ölkəmiz və dövlətimiz əleyhinə yazdığı məqalələri bəh-bəhlə tərifləyib - Anna Vardanyanla müştərək!

Daha bir danılmaz dəlil isə A.Qeybullanın Azərbaycan dövlətinə qarşı çıxışına erməni bacılığının dəstəyi ilə bağlıdır. Misal üçün, digər milli satqın və xəyanətkar Xədicə İsmayılova dəfələrlə A.Qeybullanın “AGOS” vasitəsi ilə ölkəmiz və dövlətimiz əleyhinə yazdığı məqalələri bəh-bəhlə tərifləyib. Üstəlik, hər ikisinin erməni bacılıqları sayılan lobbistlər dərhal sosial şəbəkələrdə həmin yazıları tirajlayıblar. Elə son fikirlərlə bağlı Anna Vardanyan adlı erməni lobbisinin fəalı reaksiya verərək, A.Qeybullaya dəstəyini nümayiş etdirib. Bu, həm də belə qənaətə gəlməyə əsas verir ki, A.Qeybulla Avropada erməni lobbisi üçün əsas informasiya mənbəyidir.

Əli Kərimli kimi Vətən xainləri isə bir danılmaz reallığı anlamağa məhkumdurlar: onlar heç vaxt öz çirkin, murdar siyasətləri ilə öz istəklərinə çata bilməyəcəklər. Əksinə, gec, ya da tez özlərini təcrid etdikləri xalqın qarşısında cavab verəcəklər. Buna əmin olsunlar!

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə