Bosniya-Hersoqovina Üçlü Dövlət Başçıları Şurasının Bosniya tərəfdən təmsilçisi seçilən Bakir İzzətbeqoviç Ankaranın çox güclü və inandırıcı xarici siyasət apardığını söyləyib.
SİA-nın məlumatına görə, seçkidən sonra ilk açıqlamasını Türkitənin "TRT" kanalına verən İzzətbeqoviç ölkədə sülh atmosferinin və sabitliyin təsis edilməsinin əhəmiyyətini vurğulayıb. O, əsas hədəflərinin iqtisadiyyatı düzəltmək və işsizliyə çarə tapmaq olduğunu söyləyib.
Açıqlamalarının böyük hissəsini Türkiyəyə ayıran İzzətbeqoviç isti mesajlar verib. Türkiyənin Balkanlara təsirinin gündən-günə artdığını, bosniyalıların Türkiyəyə böyük qardaş kimi baxdıqlarını deyib. Ankaranın Bosniya-Hersoqovina ilə Serbiya arasındakı münasibətlərin düzəlməsində ciddi rol oynadığını bildirən İzzətbeqoviç üçtərəfli və digər hər cür müzakirələrin davam etdirilməsinin vacibliyini vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB