Bu ölkədə ətraf mühitin zəhərləməsi nəticəsində son 6 ayda 400-dən çox uşaq ölüb
Nigeriyanın şimalında qanunsuz qızıl mədənlərinin ətraf mühiti zəhərləməsi nəticəsində son 6 ayda 400-dən çox uşağın öldüyü, minlərlə uşağın isə təhdid altında qaldığı bildirilib.
SİA-nın məlumatına görə, BMT Humanitar Fəaliyyətlərin Koordinasiyası Bürosu tərəfindən verilən açıqlamada qanunsuz qızıl yataqlarının ətraf mühitdə qurğuşun zəhərlənməsinə səbəb olduğu qeyd edilib.
Zamfara əyalətindəki su mənbələrinə aparılan araşdırma nəticəsində 5 kənddən dördündə su anbarlarında yüksək səviyyədə qurğuşun aşkarlanıb.
Qanunsuz qızıl mədənləri səbəbilə havada da yüksək miqdarda civə aşkar edilib.
BMT rəsmiləri qızılın mədənlərdə qurğuşun cövhərləri ilə bərabər olduğunu, bu cövhərlərin kəndlərə aparılaraq yeni prosedurlardan keçirildiyini, bu işi də daha çox qadın və uşaqların gördüyünü bildiriblər.
Sərhədsiz Həkimlər Təşkilatı tərəfindən bölgədə açılan 4 klinikada hələ 500-dən çox uşaq müalicə olunur.
Zəhərlənən uşaqların çoxu 5 yaşından kiçikdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB