Prezident İlham Əliyev Sədərək rayonunun Heydərabad qəsəbəsində inşa edilmiş evlərin açılışında iştirak edib
Oktyabrın 5-də Prezident İlham Əliyev Sədərək rayonunda yeni salınan Heydərabad qəsəbəsində olub. SİA-nın məlumatına görə, bildirilib ki, Sədərək rayonunun inzibati binalarının yerləşdiyi yeni qəsəbədə bütün infrastruktur yaradılıb. Qəsəbədə rayon sakinləri üçün yeni evlər də tikilib. İndiyədək Heydərabad qəsəbəsində onlarla ev inşa olunaraq sakinlərə paylanıb. Tikilən 16 yeni ev də sakinlərinə təqdim olunacaqdır. Yeni evlərin hər birinin ümumi həyətyanı sahəsi min kvadratmetrdir. Bu sahə sakinlərin təsərrüfat işləri ilə məşğul olmaları üçün nəzərdə tutulub. İkimərtəbəli evlərin birinci mərtəbəsində qonaq otağı, mətbəx və digər otaqlar, ikinci mərtəbədə isə iki otaq və eyvan yerləşir. Mənzillərin ümumi sahəsi 100 kvadratmetrdən çoxdur. Evlərə telefon, qaz, elektrik və su xətləri çəkilib. Ərazidə geniş abadlıq-quruculuq işləri görülmüş, yaşıllıq zolaqları salınmış, yollara asfalt döşənib.
Prezident İlham Əliyev qəsəbədə tikinti işlərinin gedişini əks etdirən fotostendə baxıb.
Dövlətimizin başçısı binalarda yaradılmış şəraitlə tanış olub.
Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə söhbət edib. Sakinlər göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB