“Bu ilin “İslam Həmrəyliyi İli” elan edilməsi vaxtında qəbul edilmiş və zamanın çağırışlarına cavab verən addımdır.” SİA-nın verdiyi məlumata görə, bu fikirlər bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Sabirabad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayon Heydər Əliyev Mərkəzində “İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda keçirilən regional konfransda səsləndirilib.
Bölgədə fəaliyyət göstərən hüquq-mühafizə orqanları, idarə və müəssisələrin rəhbərləri, YAP rayon təşkilatının rəhbərliyi, dini işlər üzrə komissiyanın üzvləri, dini icma sədrləri, din xadimləri, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən konfrans Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinə həsr olunmuş “Şəhadət” sənədli filminin nümayişi ilə başlayıb.
Sonra çıxış edən Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi sülhsevər bir təşəbbüs olmaqla ölkəmizin İslam birliyinə olan həssas münasibətinin göstəricisidir. Bu təşəbbüs dünyada İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində əməli addımların atılmasına, o cümlədən müsəlman ölkələri arasında əməkdaşlıq əlaqələrinin daha da güclənməsinə öz töhfəsini verəcəkdir.
DQİDK-nın sədri Mübariz Qurbanlı Ümummilli Lider tərəfindən böyük peşəkarlıq və həssaslıqla hazırlanan mükəmməl dövlət-din modeli sayəsində ölkəmizdə milli-mənəvi dəyərlərə qayıdışın əsasının qoyulduğunu, xalqın keçmişinə, milli adət-ənənələrinə, dininə dövlət səviyyəsində qayğı göstərildiyini, ölkədə etiqad, inanc azadlığının tam təmin edildiyini qeyd edib. Azərbaycanda digər sahələrdə olduğu kimi, dini sahədə sabitliyin əldə olunması ilə yanaşı, ümumilikdə İslam dünyası ilə əlaqələrin möhkəmləndirilməsi və həmrəyliyin gücləndirilməsi istiqamətində də əməli addımlar atıldığını diqqətə çatdıran Komitə sədri bu ilin Prezident İlham Əliyev tərəfindən “İslam Həmrəyliyi İli” elan olunmasının vaxtında qəbul olunmuş və zamanın çağırışlarına cavab verən addım olduğunu bildirib.
Konfransda nümayiş etdirilən “Şəhadət” sənədli filmi barədə də fikirlərini bölüşən Mübariz Qurbanlı DQİDK-nın dini radikalizmə qarşı həyata keçirilən maarifləndirmə tədbirlərinin effektivliyinin artırılması istiqamətində sənədli filmlərin hazırlanmasına xüsusi önəm verdiyini vurğulayıb. O, vətənpərvərliyin təbliği və təşviqi məqsədilə hazırlanan "Şəhadət" sənədli filmində vətənə sevgi ilə yanaşı, eyni zamanda, dini ekstremizmin törətdiyi faciələrə diqqət çəkildiyini deyib.
Qafqaz Müsəlmanları İdarəsinin bölgə üzrə səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov bölgələrdə cəmiyyətin, xüsusilə də gənc nəslin ənənəvi dini və milli dəyərlərimiz haqqında doğru və sağlam mənbələrə əsaslanan biliklərlə təmin olunması istiqamətində həyata keçirilən dini maarifləndirmə tədbirlərinin vacibliyini qeyd edib.
Konfransın ikinci panelində "Dini radikalizmlə mübarizə və gənclərin maarifləndirilməsi" mövzusunda müzakirələr aparılıb.
Rayonun məktəb direktorlarının təlim-tərbiyə işləri üzrə müavinlərinin, məktəb psixoloqlarının, “Həyat bilgisi” fənnini tədris edən müəllimlərin, gənclərin iştirak etdikləri tədbiri rayon icra hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov açıb. O, rayonda dini icmaların fəaliyyəti üçün yaradılan şəraitdən, Dövlət Komitəsinin dəstəyi ilə dini icmaların həyata keçirdiyi maarifləndirmə tədbirlərinin cəmiyyətin, xüsusilə gənclərin sağlam dini biliklərlə təmin edilməsindəki rolundan danışıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov müstəqilliyimizin bərpasından sonra respublikamızda dini fəaliyyət sahəsində dözümlülük mühitinin yeni bir dövrə qədəm qoyduğunu, bu sahənin normal fəaliyyəti üçün hüquqi-mənəvi şərait yaradıldığını bildirib. Sədr müavini Azərbaycanda mövcud olan bu tolerantlığın, sabitliyin qorunub-saxlanılmasında milli-mənəvi, dini dəyərlərin təbliğinin, xüsusilə gənclər arasında düzgün aparılmasının böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.
Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev Dövlət Komitəsinin gənclərin maarifləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlərin əhəmiyyətinə toxunub.
DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov məruzəsində XX əsrin sonlarından etibarən bəşəriyyətin bəlasına çevrilən dini radikalizmin miqyası, əhatə dairəsi, gətirdiyi qorxunc fəsadlar barədə danışıb.
Konfrans öz işini iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər

Xəbər lenti
DTX şəbəkəni ifşa edib
Hadisə 12:46Sabah bəzi yerlərə yağış yağacaq
Sosial 12:45“Bakı Metropoliteni”ndə yeni təyinat
Sosial 12:45Milli Məclisin iclası iyulun 14-də keçiriləcək
Siyasət 12:39Azərbaycanda enerji tarifləri yenidən strukturlaşdırılacaq
İqtisadiyyat 12:38Bakıda qadının evindən 10 kq narkotik aşkarlanıb
Hadisə 12:28Bakıda magistral su kəməri yenilənir - FOTOLAR
İqtisadiyyat 12:02MM “Qaz təchizatı haqqında” qanun layihəsini qəbul edib
Siyasət 11:57MM QHT-lərlə bağlı yeni cərimələri qəbul edib
Siyasət 11:53"Gəncə" klubu yeni transferini açıqlayıb
İdman 11:52Özbəkistan BRİKS-in tərəfdaş dövləti kimi tanınıb
Siyasət 11:40DYP çağırış edib - FOTOLAR
Sosial 11:31Dövlət Xidməti qlobal elektron poçt sistemində boşluqlar aşkar edib
İqtisadiyyat 11:26Milli Məclisin iclası başlayıb
Siyasət 11:02Bakı və Abşeronda unun topdansatış qiyməti azalıb
İqtisadiyyat 10:57Yay aylarında müalicə almaq olar? - HƏKİM AÇIQLADI
Səhiyyə 10:54Bakının Bülbülə qəsəbəsində işıq olmayacaq
Sosial 10:45ANAMA işə qəbul elan edir
Sosial 10:391 tona yaxın yabanı çətənə bitkisi məhv edilib
Hadisə 10:38Amerikalı müğənni Fələstinə dəstək mesajı göndərib
Şou-Biznes 10:37İntellektual yarış keçirilib - FOTOLAR
MEDİA 10:35Yağıntılı və küləkli hava müşahidə olunub
Sosial 10:29Ağac kəsənlər məsuliyyətə cəlb olunublar
Hadisə 10:25Qəzada 20 yaşlı sürücü ölüb - FOTO
Hadisə 10:20Hərbi prokuror sərhədçilərlə birlikdə - FOTOLAR
Sosial 10:19Şübhəli bilinən 29 nəfər saxlanılıb
Hadisə 10:17ASCO Çin şirkəti ilə müzakirə aparıb - FOTOLAR
İqtisadiyyat 10:16"Oksigen İstehsalı Müəssisəsi" qeydiyyatdan keçib
İqtisadiyyat 10:16Vaqif Poeziya Günlərinin keçiriləcəyi şəhərlər
Mədəniyyət 10:14Yarımfinal mərhələsinə bu gün start verilir
İdman 10:131231-ci gün: Rusiyanın itkiləri yeniləndi
Dünya 10:07Qızıl cüzi bahalaşıb
İqtisadiyyat 10:04Yeni inkişaf və sülh mərkəzi
Rəy 10:02Fərid Qayıbov idmançılarla görüşüb - FOTOLAR
İdman 09:53Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:51Cüdo millisi Çexiyada
İdman 09:36Gənc sürücü yol qəzasında ölüb
Hadisə 09:04Türkiyəli müğənni Sinan Akçıl və aparıcı Ece Erken ayrılıb
Şou-Biznes 08:41Bakının iki prospektində tıxac yaranıb - SİYAHI
Sosial 08:20Dioqo Jota Premyer Liqanın tarixinə düşdü
İdman 06:30Almaniyaya getmək istəyənlərin NƏZƏRİNƏ
Dünya 05:41Dilarə Əliyevanın Kipr tətili - FOTOLAR
Şou-Biznes 04:44Tovuzda kombayn yandı
Hadisə 03:45Husilər gəmiyə hücum etdi
Dünya 02:26Mbappe geri çəkilir
İdman 01:40Doğuşdan sonrakı depressiyanın təhlükəli əlamətləri...
Səhiyyə 00:56“Putinə təzyiqlər artacaq...”
Dünya 00:34Nə üçün İran rejimi kritik anda tək qaldı..?
Dünya 00:25Özəl xəbərlər
Digər xəbərlərYay aylarında müalicə almaq olar? - HƏKİM AÇIQLADI
Səhiyyə 10:54Amerikalı müğənni Fələstinə dəstək mesajı göndərib
Şou-Biznes 10:37
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD 1,7000
0,00%
-
EUR 1,9961
-0,20%
-
GBP 2,3174
+0,10%
-
RUB 2,1625
+0,18%
Sizin reklam yeriniz

2008-2025. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Ü. Hacıbəyov küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;