Ermənistan parlamentində Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınması haqqında qanun layihəsi səsə qoyulmayıb

Ermənistan parlamentində Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınması haqqında qanun layihəsi səsə qoyulmayıb

Ermənistan parlamentində Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınması haqqında qanun layihəsinin səsə qoyulması təxirə salınıb. SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, layihənin müəllifi olan "İrs" Partiyasının lideri Raffi Ovannisyan sənədin səsə qoyulmasının 2 həftə təxirə salınması təklifi ilə çıxış edib. O, bildirib ki, məsələyə ümummilli xarakter vermək lazımdır.

 

Daha sonra çıxış edən Ermənistan Xarici İşlər Nazirinin müavini Şavarş Koçaryan bildirib ki, hazırda rəsmi İrəvan Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmasını düzgün hesab etmir.

Bütün xəbərlər Facebook səhifəmizdə