Gəncədə ana olmağa hazırlaşan 800-dək qadın hepatit B virusuna qarşı müayinə olunub
Gəncə şəhərində ana olmağa hazırlaşan qadınlar arasında hepatit B virusuna yoluxan xəstələrin sayı artıb. Belə qənatə Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin apardığı yoxlamalardan sonra gəlinib.
Belə ki, cari ilin müvafiq dövrü ərzində 800-ə yaxın ana olmağa hazırlaşan qadından qan analizi götürülüb və 15-ə yaxın qadında hepatit B virusu aşkar edlib. Əldə olunan rəqəmlər xəstələrin sayının ötən illərlə müqayisədə nəzərə çarpacaq dərəcədə artdığını göstərir.
Hazırda Səhiyyə Nazirliyinin əmrinə əsasən Gəncənin qadın məsləhətxanalarında və Abbas Səhət adına Xəstəxananın nəzdnində yaradılan perenatal mərkəzdə hamilə qadınların virusa yoluxma hallarını təyin etmək üçün müxtəlif yoxlamalara başlanılıb.
Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin Gigiyena Mərkəzinin müdiri Almaz Tomiyevanın SİA-nın bölgə müxbirinə bildirdiynə görə virusa yoluxma riskini iti uclu alətlər artırır. Yəni müxtəlif stamotoloji kabinetlərdə, həmçinin gözəllik salonlarında istifadə olunan alətlərin lazımı qaydada dezinfeksiya edilməməsi hepatit B virusuna yoluxma hallarını artırır. Bundan əlavə aparılan araşdırmaların nəticələrinə görə sözügedən xəstəliyə yoluxan qadınların əksəriyyəti müxtəlif ara həkimlərinə müraciət edir, onların da müayinələri gizli şəkildə evlərdə aparılır.
Bu xəstəlik hamilə qadınlardan dünyaya gələcək körpəyə də keçə bilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB