DİP sədri ATƏT-in Müşahidə Missiyasının nümayəndələri ilə görüşüb
Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə ATƏT-in Azərbaycandakı Seçkilərin Müşahidə Missiyasının nümayəndələri ilə görüşüb. SİA-ya partiyadan verilən məlumata görə, görüşdə ölkədəki seçkiqabağı durum müzakirə olunub.
A.Mollazadə partiyanın seçkiyə hazırlıq vəziyyəti, seçkiqabağı kampaniya barədə qonaqları məlumatlandırıb. Qonaqlar da ATƏT-in müşahidə missiyasının Azərbaycanda keçiriləcək parlament seçkilərinin müşahidəsinə dair fəaliyyəti barədə məlumat veriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB