Yasamal rayon ərazisində 1170 nəfər parlament seçkilərində ilk dəfə səs verəcək

Yasamal rayon ərazisində 1170 nəfər parlament seçkilərində ilk dəfə səs verəcək
Azərbaycanda noyabrın 7-də keçiriləcək parlament seçkilərində ilk dəfə səs verəcək gənc seçicilər üçün M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumuda seminar təşkil olunub. SİA-nın məlumatına görə, Yasamal rayon gənclər və idman idarəsinin rəisi İlham Səfərov seminar zamanı bildirib ki, rayonun ərazisində builki parlament seçkilərində 1170 nəfər ilk dəfə olaraq səs verəcək. O, yeni səsvermə hüququ qazanan gənclərin qarşıdan gələn parlament seçkilərində aktiv olacaqlarına ümidvar olduğunu bildirib.

Seminar zamanı Gənclər və idman Nazirliyininin ilk dəfə səs verəcək gənclər üçün hazırladığı kitabçalar paylanıb. Kitabçada Azərbaycanda parlamentarizmin tarixi, onun formalaşma dövrü, fəaliyyəti, beynəlxalq əlaqələri, ümummilli lider Heydər Əliyevin və Azərbaycan Parlamenti, Azərbaycan Konstitusiyası və Seçki məcəlləsindən çıxarışlar öz əksini tapıb.

Seminar zamanı 16 saylı Yasamal Dairə seçki Komissiyasının sədri Elçin Yusifov gənclərə seçki qanunvericiliyində göstərilən bəzi müddəalar barədə məlumat verib, onları öz hüquqlarından istifadə edərək səs verməyə çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə