Aida İmanquliyevanın 71 illik yubileyinə həsr olunan sərgi təşkil ediləcək
6 oktyabr 2010-cu il tarixdə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın 71 illik yubileyinə həsr olunmuş sərgi nümayiş olunacaq.
SİA-nın məlumatına götə, sərgidə Şərq ruhu, Qərb düşüncələri və analitizmi ərəb Şərq-Qərb sintezi məsələlərini əks etdirən, müxtəlif dillərdə nəşr olunan 30-a yaxın kitab, 40-dan çox məqalə və onun elmi irsinin təhlilinə həsr olunmuş ədəbiyyat yer alacaqdır.
Yubiley sərgidə görkəmli şərqşünasın həyat və yaradıcılığına həsr olunmuş ədəbiyyat və fotomateriallar nümayiş olunacaq.
Qeyd edək ki, ənənəvi sərgi ilə bərabər MEK-in zalında virtual sərgi də təşkil olunacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB