"Azərbaycanın dünyada nüfuzu böyükdür" AÇIQLAMA

"Azərbaycanın dünyada nüfuzu böyükdür" AÇIQLAMA

“İstanbulda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının IX Zirvə görüşü keçirilib. Tədbir əslində çox böyük bir coğrafiyanın iqtisadi və siyasi birliyini formalaşdırır. Bu sözləri SİA-ya açıqlamasında QHT sədri Səbuhi Abbasov deyib.

Onun sözlərinə görə, D-8 tədbiri region üçün olduqca vacib və önəmlidir: “Bu tədbirə Prezident İlham Əliyevin xüsusi qonaq qismində dəvət alması ilk dəfə deyil. Bundan öncə də Türkiyədə keçirilən bütün zirvə tədbirlərində Ərdoğanın tək xüsusi qonağı, Azərbaycan prezidenti İlham Əliyev olub. Bu isə ölkəmiz üçün olduqca vacib və önəmli addımdır. Bu hal Azərbaycan tək region səviyyəsində deyil, dünya səviyyəsindəki nüfuzundan xəbər verir. “D-8”in bütün məqamlarında İlham Əliyevə münasibət özəl və xüsusi idi. Bu həm də qürurvericidir”.

Hesab edirəm ki, dünyada Türkiyə və Azərbaycan qədər yaxın əməkdaşlıq modeli olan ikinci bir nümunə tapmaq mümkün deyil. Digər bir vacib məqam ondan ibarətdir ki, D-8 zirvə görüşündə İlham Əliyevə özəl münasibər tək Türkiyə prezidenti Ərdoğan tərəfindən deyil, bütün D-8 iştirakçıları tərəfindən dərin ehtiram vardı. Bu hal göstərir ki, ölkə başçısı dünyada yüksək siyasi keyfiyyətləri olan şəxs kimi qəbul edilir və yanaşılır. Əsas məqam ondan ibarətdir ki, Prezidentin D-8 də çıxışı dünyaya verilən barış mesajı idi. Bu çıxışda demək olar ki, bütün geosiyasi proseslər dəqiqliklə təsviri vardı.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə