Lənkəranda Beynəlxalq müəllimlər günü münasibətilə tədbir keçirilib. SİA-nın cənub bürosunun məlumatına görə, tədbiri açan Təhsil Şöbəsinin müdiri Səmədağa Abdullayev Beynəlxalq müəllimlər günü münasibəti ilə Lənkəranın təhsil işçilərini təbrik edib. O bildirib ki, yola saldığımız 2009-2010-cu tədris ili rayon təhsili üçün əlamətdar olub. Sevindirci haldır ki, ötən il lənkəranlı məzunlardan 361 nəfəri Respublikanın müxtəlif ali məktəblərinə qəbul olunub. Onların sırasında isə 15 şagird 600-dən cox bal toplayib. İmtahanlarda 690 bal toplayaraq Azərbaycan Tibb Universitetinə daxil olan bir məzun prezident təqaüdünə layiq görülüb.
Lənkəran şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Dadaşov təhsil işçilərini təbrik edərək deyib ki, Azərbaycan xalqının milli təfəkküründə müəllim adı hər zaman ucalıq, ziyalılıq və mənəvi saflıq rəmzi kimi təcəssüm olunub, böyük hörmətlə yüksək ehtiramla çəkilib.
Sonda gənc nəslin təlim-tərbiyəsindəki xidmətlərinə və Beynəlxalq müəllimlər günü münasibətilə rayonun bir qrup müəlliminə fəxri fərmanlar, hədiyyələr təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB