"Prezidentin D-8 sammitində iştirakı ölkəmizin nüfuzundan xəbər verir" ŞƏRH
"İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) IX Zirvə görüşünə Prezident İlham Əliyevin dəvət olunması ölkəmizin regionda aparıcı dövlət olmasından, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da artmasından xəbər verir". Bu barədə SİA-ya açıqlamasında millət vəkili Tahir Rzayev deyib.
Onun sözlərinə görə, bu həm də Türkiyə ilə Azərbaycanın qardaşlığının, dostluğunun bir nümunəsidir: "Bu gün Azərbaycan deyiləndə Türkiyə, Türkiyə deyiləndə Azərbaycan yada düşür. Azərbaycan-Türkiyə dostluğu artıq dünya ölkələri arasında bir nümunədir".
Toplantıda Azərbaycan Prezidentinin əhəmiyyətli məsələlərə toxunduğunu deyən T.Rzayev söyləyib ki, dövlət başçısı çıxışında islam ölkələrini həmrəy olmağa çağırıb: "Bütün beynəlxalq tədbirlərdə olduğu kimi, bu dəfə də Azərbaycan Prezidenti ölkəmizin əsas problemi olan Dağlıq Qarabağ münaqişəsindən danışdı və ermənilərin işğalçı siyasətindən əl çəkmədiyini, diplomatik danışıqlardan yayındığını xüsusi vurğuladı. Həmçinin dövlət başçısı işğal altındakı ərazilərimizdəki tarixi abidələrin, o cümlədən məscidlərin dağıdıldığını bildirdi və müsəlman ölkələrini bu məsələdə həmrəy olmağa çağırdı. Azərbaycan İslam ölkəsidir və öz tolerantlığı ilə dünyada tanınır. Amma, ermənilər işğal etdikləri Azərbaycan ərazilərindəki məscidləri dağıdıblar. Prezident düzgün vurğuladı ki, məscidlərə divan tutan bir separatçı dövlətlə heç bir müsəlman ölkəsi əməkdaşlıq etməməlidir. Təəssüflər olsun ki, bu gün bəzi İslam ölkələri Ermənistanla əməkdaşlıq edir. Bu İslam həmrəyliyinə ziddir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB