Fransız muzeyində “Naxçıvanın arxeoloji xəzinəsi” sərgisi açılacaq VIDEO

Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Orelia Buşez Naxçıvanda səfərdədir. Səfər çərçivəsində Naxçıvanın gəzməli-görməli yerləri ilə tanış olan xanım Orelia Buşez təəssüratlarını naxcivantv.az-la bölüşüb.

“Mən Naxçıvanın bir çox yerində oldum və zəngin təəssüratlarım var. Amma bilmirəm ki, hansından başlayım. Sizin şəhərinizdə çox gözəl məqamlar kəşf etdim. Naxçıvanın əhalisinin böyük əksəriyyətinin yüksək qonaqpərvərliyi məni valeh etdi. Mən, Duzdağdakı Fizioterapiya mərkəzinə heyran oldum və burada olduğuma görə çox məmnunam. İnanıram ki, mənimlə gələnlər də burada keçirdikləri vaxtı hər zaman xatırlayacaqlar. Bu yer çox qeyri adidir. Bura insanların rahatlıq tapa biləcəkləri üstünlüyə malikdir”.

Səfər çərçivəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovla da görüşən fransalı səfir bu görüşdən məmnunluğunu ifadə etdi: “Bizim bu görüşdə Azərbaycan və Fransanın bütün sahələrdə əlaqələrini müzakirə etmək və bu əlaqələrin inkişafının mümkünlüyü barədə söhbət etmək imkanımız oldu. Təbii ki, bu əlaqələr bir çox sahələrdə var. Məsələn təhsil, mədəniyyət sahəsində, universitetlər arasında. Xüsusilə universitetlər arasında əlaqələr fransız dilinin burada inkişafı üçün böyük rol oynayır”.

Bildiyimiz kimi, fransız arxeoloqlar 10 ildən artıqdır ki, Naxçıvanda çalışırlar. Onların burada qədim, qeyri adi əşyaları tapıb onların üzərində işləmələri üçün şərait yaradılıb. Bu məsələyə də toxunan xanım Orelia Buşez bildirdi ki, həmin tapıntılar əsasında gələn il Fransız muzeyində “Naxçıvanın arxeoloji xəzinəsi” adı altında böyük bir sərgi təşkil olunacaq.

Fransa rəsmisi həmçinin bildirdi ki, Fransa və Azərbaycan arasında əlaqələrin inkişafı barədə də müzakirələrə qoşulub.

“Mən görürəm ki, Naxçıvan müxtəlif sferalarda siyasi-iqtisadi, mədəni, nəqliyyat, tikinti materiallarının istehsalı sahələrində necə də inkişaf edir. Bizim müxtəlif sahə rəhbərləri ilə də görüşlərimiz oldu və gələcəklə bağlı bir çox planları nəzərdən keçirdik. İstəyərdim ki, qeyd etdiyimiz bütün bu sahələrdə əlaqələr davam etsin”.

“Mən belə düşünürəm ki, Naxçıvan gözəlliyi, təmizliyi və abidələrinin qədimliyi ilə dünya üçün bir nümunədir” – deyən səfir bildirdi ki, onlar Azərbaycanın tarixi və mədəniyyəti haqqında bizə çox şey deyir.

“Mən burada Möminə Xatun türbəsi və Bayraq meydanını çox bəyəndim. Naxçıvan qalası Naxçıvanın adət ənənəsinə sadiq qalıb. Həmçinin Nuh Peyğəmbərin də məzarüstü türbəsi heyranedicidir.. Bir sözlə, Naxçıvana “çox sağ ol” deyirəm öz gözəl qonaqpərvərliyi üçün. Mən bu ziyarət görə çox xoşbəxtəm”.

Rəmzi Tahirli

Müəllif: Xaliq Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə