Məlahət Həsənova: “Müxalifət Azərbaycan ictimaiyyətinə, ictimai şüura heç bir təsir etmək qabiliyyətinə malik deyil” – AÇIQLAMA
"Ölkəmizdə IV çağırış parlament seçkilərinə hazırlıq prosesi yüksək səviyyədə həyata keçirilir. Bu günə qədər Seçki Məcəlləsinə uyğun olan bütün mərhələlər lazımi şəkildə reallaşdırılıb". Bu sözləri millət vəkili Məlahət Həsənova SİA-ya verdiyi açıqlamasında deyib. O bildirib ki, artıq bir neçə gündən sonra namizədlərin qeydə alınması mərhələsinə yekun vurulacaq. Onun sözlərinə görə, indiyə qədər istənilən vətəndaş həmin məcəllənin şərtlərinə uyğun olaraq öz namizədliyini verə bilib: "Aldığımız məlumatlara görə, bu günə qədər namizədlərin qeydə alınması və digər proseslərlə bağlı ciddi problemlər olmayıb. Düzdür, müəyyən namizədlərin qanun pozuntuları ilə bağlı çıxışları olub, amma bu təbiidir. Çünki bu hər zaman belə olub. Hətta ən şəffaf seçkidə belə məğlub olan tərəf narazılığını bildirir. Mübarizədə iki tərəf olur və onlardan yalnız biri qalib olur. Məğlub olan tərəf də çox nadir hallarda öz zəifliyini, rəqibindən güclü olmadığını etiraf edir".
Millət vəkili vurğulayıb ki, parlament seçkilərinin hazırkı prosesi builki seçkilərin yüksək səviyyədə, demokratik, şəffaf şəkildə keçiriləcəyinə əsas verir.
Açıqlaması zamanı müxalifətin Yeni Azərbaycan Partiyasının (YAP) namizəd qıtlığı ilə bağlı çıxışına toxunan millət vəkili bunu gülünc adlandırıb. O bildirib ki, YAP-ın 500 mindən çox üzvü var və orada Azərbaycanın ən tanınan ziyalıları təmsil olunur: "Belə bir potensialı olan partiyanın namizəd qıtlığı ola bilərmi? Partiyanın kifayət qədər kadrı var. Partiyanın vahid siyahısında 114 namizəd irəli sürülüb. Müxalifət mətbuatı şər-böhtan yazmağa öyrənib. Onlar bilirlər ki, bu seçkidə də uduzacaqlar. Ona görə də partiya ilə bağlı bir sıra qara yazılar yazmağa cəhd edirlər. Bugünki müxalifət partiyaları belə bir partiyanın qarşısında mübarizə aparmağın və duruş gətirməyin mümkün olmadığını gördükləri üçün böhtan xarakterli, çirkin fikirlər yazmaqla kölgə salmaq istəyirlər. Bu da qeyri-mümkündür".
Müxalifətin parlament seçkiləri ilə əlaqədar mitinqlərə başlamasına da münasibət bildirən M. Həsənova bildirib ki, müxalifətin mitinq keçirməsi parlament seçkiləri ilə bağlı gedən prosesə heç bir təsir göstərməyəcək: "Ölkəmizdə neçə ildir ki, müxalifət var. Onlar Azərbaycan ictimaiyyətinə, ictimai şüura heç bir təsir etmək qabiliyyətinə malik deyillər. Onlar bu mitinqlərlə Azərbaycanda da müxalifətin varlığını göstərmək istəyirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB