Azərbaycan-Ukrayna hökumətlərarası birgə komissiyanın iclası keçiriləcək
Oktyabrın 7-i tarixində Kiyevdə Azərbaycan-Ukrayna iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası birgə komissiyasının VIII iclası keçiriləcək. SİA-nın məlumatına görə, iclasda Ukrayna nümayəndə heyətinin sədri ölkənin baş nazirinin birinci müavini Andrey Klyuyev, Azərbaycan nümayəndə heyətinin sədri isə baş nazirin birinci müavini Yaqub Eyyubov olacaq. İclas çərçivəsində iki ölkə arasında əməkdaşlığın əsas perspektivləri, o cümlədən yanacaq-energetika sahəsində əməkdaşlıq müzakirə ediləcək.
Xatırladaq ki, komissiya yaranan gündən iki ölkə arasında 7 birgə iclas keçirilib. Sonuncu - 7-ci iclas isə 2006-cı ilin 1 sentyabrında baş tutub.
Qeyd edək ki, oktyabrın ikinci yarısı üçün Prezident İlham Əliyevin Ukraynaya səfəri planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB