Elmar Məmmədyarov Yaponiyanın Azərbaycandakı səfirini qəbul edib
Xarici işlər naziri Elmar Məmmədyarov Yaponiyanın Azərbaycandakı səfiri Masamitsu Okini ölkəmizdəki diplomatik fəaliyyətini başa vurması ilə əlaqədar qəbul edib.
Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüş zamanı səfir M.Oki Azərbaycanda Yaponiyanın səfiri olmasından məmnun olduğunu vurğulayıb. İşlədiyi dövrdə ölkələr arasındakı münasibətlərin daha da genişlənməsi və inkişafı üçün fəaliyyət göstərdiyini söyləyən səfir bu istiqamətdə Xarici İşlər Nazirliyi ilə faydalı əməkdaşlığını qeyd edib.
Öz növbəsində nazir E.Məmmədyarov səfir Yan Masamitsu Okiyə xoş arzularını bildirib və gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB