Media Akademiyasında "İdman həftəsi"nə yekun vurulub. Bu dəfə karate üzrə 9 qat dünya çempionu Zülfiyyə Hüseynova, 4 qat Avropa çempionu Etibar Bağırov və Azərbaycan Karate Federasiyasının vitse prezidenti Füzuli Musayev Akademiya tələbələri ilə görüş keçirib.
Z.Hüseynova tələbələrə məşğul olduğu idmanın spesifik xüsusiyyətlərindən, qadın olmağın idmançı olmağa heç bir maneəçilik törətmədiyindən söz açıb.
11 yaşında idmanın cüdo növü üzrə məşqlərə başlayan və Daxili İşlər Nazirliyində İdman Cəmiyyətinin baş məşqçisi Etibar Bağırov isə Avropa, dünya və olimpiya çempionu olmağın çətinliklərindən, bu idman növünün fərqli cəhətlərindən söz açıb.
Karatenin döyüş qanunlarından, növlərindən danışan və sözügedən idman növünün dərin fəlsəfəsini tələbələrə aşılayan Azərbaycan Karate Federasiyasının vitse prezidenti Füzuli Musayev hər bir idman növündə təhsil almağın mütləq olduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB